Apr 14 2018 12:38
Ferah Sabirqizi
Views: 74

Ermənistanda Serj Sarqsyanın baş nazir vəzifəsinə namizədliyinə qarşı etiraz aksiyası keçirənlər Yerevanın mərkəzində yerləşən Opera və Balet Teatrının binası qarşısında yürüşü başa vurublar.

Trend-in "News.am"a istinadən verdiyi məlumata görə, hazırda etirazçılar Fransa meydanında çadırlar qurublar və orada gecələməyə hazırlaşırlar.

Aksiyanın koordinatoru, "Yelk" müxalifətyönlü parlament fraksiyasının rəhbəri, "Mülki müqavilə" partiyasının lideri Nikol Paşinyan meydana toplaşanları gecələmək üçün ədyal və karton gətirməyə çağırıb: "Əgər iştirakçıların sayı aksiyanın Qapalı bazaradək uzanacaq qədər artarsa, hakimiyyətin dəyişəcəyinə mən zəmanət verirəm".

Qeyd edək ki, Fransa meydanı Ermənistan paytaxtının əsas küçələrinin kəsişməsində yerləşir.


Create Account



Log In Your Account