Jul 05 2018 17:09
Ferah Sabirqizi
Views: 382

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Ayk Sarkisyan qəsdən adam öldürməyə cəhddə ittiham olunur.

Ermənistan KİV-lərinin məlumatına görə, İstintaq Komitəsi 2007-ci il aprelin 1-də Yerevanda David Simnoyanın güllələnməsi olayını Aykla bağlayır.  Dostunu güllələyən  Ayk Sarkisyanın öz əmisinin köməyi ilə istintaqdan yayına bildiyi xəbər verilir.

A.Sarkisyan ailəsi ilə birlikdə ölkəni tərk edib Parisə getmək istəyərkən aeroportda saxlanılıb. Bu barədə Ermənistanın “Qraparak” qəzeti ölkənin milli təhlükəsizlik xidmətinə istinadla məlumat yayıb. 

Qəzetin istinad etdiyi mənbə bildirib ki, milli təhlükəsizlik xidmətinin əməkdaşları Yerevanın Zvartnots aeroportunda Aleksandr Sarkisyan və onun ailəsinə Parisə uçmağa icazə verməyiblər. Sonra onların mənzilində axtarış aparılıb; silah, pul və məşhur rəssamın bahalı əsəri aşkar edilib.

Milli təhlükəsizlik xidmətinin mətbuat katibi Samson Qalstyan jurnalistlərə bildirib ki, Aleksandr Sarkisyanın mənzilində axtarışa dair ətraflı məlumat sonra veriləcək.

İyunun 25-də Ermənistan polisinin xüsusi dəstəsi A.Sarkisyanı qeyri-qanuni silah saxlamaqda şübhəli qismində saxlayıb və elə həmin gün də buraxıb. Bundan əvvəl Ermənistanın dövlət gəlirləri komitəsinin müstəntiqləri Serj Sarkisyanın qardaşı Levon barədə cinayət işi açıblar. Levon və onun qızı Ani qeyri-qanuni varlanmaqda və əmlak bəyannaməsindən boyun qaçırmaqda şübhəli bilinirlər.

 


Create Account



Log In Your Account