Mar 11 2020 13:09
Elshad Aliyev
Views: 61

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” sutkalıq neft istehsalı həcmini yenidən artırır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə “Saudi Aramco” baş icraçı direktoru Amin Al Nasser deyib.

O bildirib ki, Səudiyyə Ərəbistanı Energetika Nazirliyi “Saudi Aramco”nun neft hasilatını gündəlik 12 milyon barreldən 13 milyon barrelə qədər artırılması barədə tapşırıq verb. Şirkət bu tapşırığı ən qısa müddətdə həyata keçirmək üçün əlindən gələni edir.

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) məlumatına görə, yanvarda Səudiyyə Ərəbistanında gündəlik neft istehsalı 9 milyon 733 min barrel olub.


Create Account



Log In Your Account