Dec 06 2019 16:19
Elshad Aliyev
Views: 92

Dekabrın 6-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə ölkənin bütün şəhər və rayonlarında olduğu kimi, Səbail rayonunda da Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş  ağacəkmə aksiyası keçirilib və mədəni konsert proqramı təşkil olunub.

APA-nın xəbərinə görə, aksiya çərçivəsində Səbail rayonunda ümumilikdə 4800 müxtəlif növ ağac əkilib. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, mədəniyyət xadimləri, rayon ictimaiyyətinin nümayəndələri, YAP fəalları və gənclər iştirak ediblər.  

Tədbirdə çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bildiriblər. Qeyd edilib ki, Azərbaycan vətəndaşlarının sosial məsələlərinin həlli, onların sağlamlığının qorunması prioritet sahələrdən biri kimi müəyyənləşdirib. Bu istiqamətdə indiyədək çox sayda layihələr icra olunub. Bu layihələr sırasında əhalinin sağlam ekoloji mühitdə yaşaması məsələsinə də xüsusi diqqət yetirilir. Ölkədə həyata keçirilən ekoloji siyasət nəticəsində yeni yaşıllıqların salınması, mövcudlarının qorunması ilə yanaşı, eyni zamanda, əvvəllər yaşıllıq olmayan sahələrdə də ağacəkmə aksiyalarının keçirilməsi Azərbaycanda ekoloji durumun yaxşılaşdırılmasına mühüm töhfələr verir, yaşıllıq zonalarının sahəsini artırır. Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da xüsusi diqqət yetirir. Ölkəmizdə yeni yaşıllıqların salınmasında və mövcud yaşıllıq sahələrinin qorunmasında Fondun töhfəsi olduqca böyükdür. Bu məsələdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə ekoloji durumun daha da yaxşılaşdırılması, yeni yaşıllıqların salınması məqsədi ilə icra olunan layihələr də mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə ərazidə təmizlik işləri aparılıb, ağacların dibi quru otlardan təmizlənib, yeni əkiləcək ağacların damcı üsulu ilə suvarılması üçün su xətləri çəkilib.

 


Create Account



Log In Your Account