Mar 24 2018 11:18
Naile Hesenova
Views: 781

Bu gün Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanıb.

 

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının 6 mart  tarixli qərarına əsasən prezident seçkiləri ilə əlaqədar 5 milyon 347 min 803 bülleten çap olunacaq.

 

Seçki Məcəlləsinə uyğun olaraq bülletenlərin çap prosesi seçki gününə 10 gün qalmış, yəni aprelin 1-dək yekunlaşmalıdır. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, seçki bülletenlərinin dərci bir həftə ərzində yekunlaşacaq. Seçki bülletenləri seçki dairələrinə səsverməyə gününə 5 gün qalmış, seçki məntəqələrinə isə səsverməyə 3 gün qalmış çatdırılacaq.

                                                       

Seçki bülletenləri Naxçıvan Muxtar Respublikasındakı seçki dairələrinə, sonra Azərbaycanın digər ucqar rayonlarındakı dairələrə, ən sonda isə Sumqayıt, Abşeron və Bakıdakı seçki dairələrinə paylanacaq.

 


Create Account



Log In Your Account