Feb 19 2018 16:17
Naile Hesenova
Views: 662

"Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün 24 müşahidəçi Mərkəzi Seçki Komissiyasında (MSK) qeydiyyatdan keçib".

“Report”un xəbərinə görə, bunu MSK sədri Məzahir Pənahov deyib.

O bildirib ki, bu şəxslərlə bağlı MSK-nın qərarı müsbət olub: “Bunların 9-u öz təşəbbüsü, 15-i isə qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə müşahidəçi kimi qeydiyyatdan keçib”.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib.

 


Create Account



Log In Your Account