Mar 28 2018 20:12
Naile Hesenova
Views: 334

Azərbaycanda keçirilən seçkilərin işıqlandırılmasında mediaya heç bir məhdudiyyət qoyulmur. Bu barədə sechki-2018.az saytına açıqlamasında Mətbuat Şurasının idarə heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli deyib.

O bildirib ki, bütün kütləvi proseslərdə olduğu kimi, seçkilərdə də medianın rolu danılmazdır. “İstər seçki prosesinin işıqlandırılmasında, istərsə namizədlərin öz platformalarını ictimaiyyətə çatdırmasında medianın rolu əvəzolunmazdır. Media həm informasiya təminatı, həm də nəzarətçi funksiyasını yerinə yetirir. Bu baxımdan, medianın seçkilərdə rolu böyük əhəmiyyət kəsb edir”.
Y. Məmmədli medianın seçki prosesini işıqlandırılmasına heç bir maneənin olmadığını vurğulayaraq deyib: “Kütləvi informasiya vasitələri haqqında qanunun tələblərinə uyğun fəaliyyət göstərən, qara pair aparmayan, faktlara istinadən informasiya yayan istənilən media orqanı seçki prosesini azad şəkildə işıqlandıra bilər. Bununla bağlı nə qanunvericilikdə, nə də təcrübədə heç bir məhdudiyyət yoxdur. Aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq prosesinin işıqlandırılmasında da hansısa media orqanına qadağa qoyulması ilə bağlı heç bir fakt qeydə alınmayıb”.

Create Account

Log In Your Account