Feb 06 2018 16:55
Ferah Sabirqizi
Views: 575

Bu il  aprel ayının 11-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi siyasi dairələrin diqqət mərkəzindədir. Ekspertlər bu addımı bir neçə amillə izah edirlər. Onların fikrincə, Konstitusiyanın 101-ci maddəsinə 2016-cı ildə  edilən dəyişikliyə əsasən, dövlət başçısının səlahiyyət müddətinin 5 ildən 7 ilə uzadılması ilk növbədə bunu zəruri edib. Digər bir səbəb isə,  bu il gözlənilən  beynəlxalq tədbirlər və  Azərbaycan tarixi ilə bağlı olan 100 illik yubileylərin   keçirilməsi  ilə bağlıdır. Çünki tədbirlərin üst-üstə düşməsi vaxt baxımından bunu həyata keçirməyə bəzi çətinliklər yaradır.

Milli Məclisin üzvü Hikmət Babaoğlu deyir ki, 2018-ci il Azərbaycan  dövlətçilik tarixində mühüm hadisələrlə  yadda qalan bir il olacaq: «Bilirik ki, 100 il bundan qabaq Azərbaycan Xalq Cümhuriyyəti qurulub və Xalq Cümhuriyyətinin yaranmasının 100 illk yubileyinin keçirilməsinə aid prezidentin sərəncamı var. Biz bilirik ki, bu il Azərbaycanda bir neçə beynəlxalq  mötəbər tədbirlər  keçiriləcək. Müddəti 7 ilə uzadıldığına görə, prezident seçkiləri 2025-ci ildə  və  sonrakı illərdə bunların seçki günlərinin üst-üstə düşməsi ehtimal olunan variantlardan biridir. Bütün bunlardan yayınmaq üçün optimal müddət kimi ilin başlanğıcı olan  aprel ayı seçilib”.

Siyasi analitiklərin fikrincə, 2025-ci ildə  Azərbaycanda  keçiriləcək parlament seçkiləri ilə prezident seçkilərinin  vaxt baxımından  bir-birinə yaxın olması bu addımı atmağı zəruri edib. Çünki bir ay müddətində həm parlament, həm də prezident seçkilərinin keçirilməsi  çox çətin bir prosesdir. Növbədənkənar prezident seçkilərinin elan edilməsi ölkə üçün bu çətin durumu aradan qaldırmış oldu.  

Bu haqda fikirlərini bildirən Zahid Oruc hesab edir ki, millət üçün önəmli olan təqvimin günlər, həmin o məsələ ətrafında açılan siyasi savaşları deyil: “Daha əhəmiyyətli olan islahatların davam etdirilməsi, Qarabağ məsələsində sərt iradənin öz bəhrəsini verməyə başlaması, ölkənin regionda gücünün artması, idarəçilik sisteminin daha da şəffaflaşması, vətəndaşların qaldırdığı problemlərin yoluna qoyulması, iki il bundan öncə baş vermiş devalvasiya nəticəsində maliyyə bank sektorunda problemlərin ortadan qaldırılması məsələləri maraqlandırır. Bunu da həyata keçirəcək qüvvə,şəxs ölkənin lideridir”.

Azərbaycanda mövcud olan praktikaya əsaslanan millət vəkillərinin sözlərinə görə, ölkədə bütün seçkilər payız aylarında keçirilir. Bu baxımdan, dünyada mövcud olan təcrübəni nəzərə alaraq, müxtəlif səviyyəli seçkilərin ilin ayrı-ayrı fəsillərində, o cümlədən də əvvəlində keçirilməsi daha məqsədəuyğun hesab edilir. Ekspertlərin sözlərinə görə,  seçkilərin oktyabr və ya aprel ayında keçirilməsi potensial namizədlərin, o cümlədən də indiki prezident  İlham Əliyevin imkanlarını məhdudlaşdırmır və onlara əlavə dividend qazandırmır.


Create Account



Log In Your Account