Apr 09 2020 14:10
Elshad Aliyev
Views: 68

Senator Berni Sanders özünün prezident kampaniyasının başa çatdığını elan edib. Bununla da o, sabiq vitse-prezident Co Baydenin Demokratlar Partiyasından yeganə namizəd kimi qalmasına şərait yaradıb.

AZƏRTAC xəbər verir ki, Sanders öz bəyanatında seçkiqabağı kampaniyanın gedişində onu davamlı dəstəklədikləmiş tərəfdarlarına minnətdarlığını bildirib.

"Mən sizə yaxşı xəbərlər təqdim etmək istərdim. Lakin fikrimcə, siz həqiqəti bilirsiniz. Qələbəyə yol mümkün deyil. Demokratlardan nominasiya qazanmaq uğrunda bizim mübarizəmiz uğurlu ola bilməz", - deyə tərəfdarları qarşısında çıxış edən Sanders bildirib.

Uzun illər səhiyyə sahəsində köklü islahatların zəruriliyindən danışan Sanders bildirib ki, koronavirusla bağlı böhran Amerika Birləşmiş Ştatlarında hazırkı səhiyyə sisteminin fəaliyyət göstərməməsinin təkzibedilməz sübutudur.

Bu, 78 yaşlı Sandersin 2016-cı ildə Hillari Klintona qarşı uğursuz seçki kampaniyasından sonra ABŞ Prezidenti olmağa ikinci cəhdi idi.


Create Account



Log In Your Account