Feb 16 2017 14:26
Ulviyye Sabirqizi
Views: 1870

“Əlbəttə ki, ABŞ və Rusiya Baş qərargah rəislərinin Bakıda görüşünü dünyanın bir çox insanları gözləyirdi. Bu görüşün məhz Bakıda keçirilməsi Azərbaycanın, eyni zamanda ölkə prezidenti İlham Əliyevin beynəlxalq aləmdəki yüksək nüfuzundan xəbər verir".

Bunu CBC-yə eksklüziv müsahibəsində Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, İctimai Palatanın üzvü, politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, bu həm də onu sübut edir ki, istər Rusiyanın, istərsə də ABŞ-ın Azərbaycanla münasibətləri çox yaxşı və pozitiv müstəvidədir:

"Qeyd edim ki, bu təklif Rusiya tərəfindən gəlib. Çünki Rusiya həmişə öz müttəfiqlərini irəli çəkir. Bu görüş həm də onu sübut edir ki, Azərbaycan beynəlxalq dialoq üçün meydançaya çevrilib, eləcə də Moskvanın Bakıya öz müttəfiqi kimi verdiyi önəmi vurğulayır. Görüşün Bakıda baş tutmasının digər səbəbi də odur ki, Azərbaycanın çox yaxşı infrastruktur imkanları, logistika sahəsində böyük potensialı var. Rusiyanın və ABŞ-ın Ermənistanla da münasibətləri yaxşıdır. Lakin Ermənistanda Azərbaycandakı kimi logistik potensial yoxdur. Məsələn, nümayəndə heyətlərini yerləşdirmək üçün bu qədər gözəl mehmanxana, möhtəşəm beynəlxalq hava limanı, iri binalar yoxdur. Görüş yerini seçərkən, təbii ki, bu da böyük rol oynayıb.

Belə görüşlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına da diqqət cəlb eir. Çünki bu illər ərzində Azərbaycan bütün dünyanı bu məsələyə cəlb edə bilib. Azərbaycanın adı çəkiləndə dərhal ölkənin xarici siyasətində ən böyük ideyanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu illə həllinə nail olmaqdan ibarət olduğu bilinir. Digər tərəfdən, bu məsələ həm də ölkənin turistik potensialını önə çıxarır. Amma ümumilikdə, böyük hesabla Azərbaycan və onun prezidentinin beynəlxalq avtoriteti bir daha vurğulanır".

 

 


Create Account



Log In Your Account