May 14 2020 16:55
Elshad Aliyev
Views: 194

“Azərbaycan regional səviyyədə öz liderlik qabiliyyətini açıq şəkildə nümayiş etdirib və analoqu olmayan bu cür böhranda adekvat bir çıxış yolu tapmaq baxımından böyük addımlar atıb”. 

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə “Hökumətlər tərəfindən COVID-19-a qarşı görülən çevik tədbirlər” mövzusunda olan ASAN Qlobal Veb Forumda İSESKO-nun Baş direktoru Salim Al-Malik bildirib. Onun sözlərinə görə, Forum dövlət xidmətlərinin, eyni zamanda hökumətin fərqli mexanizmləri və alətlərini müzakirə etmək baxımından çox faydalı platformadır: “İSESCO-nun Baş direktoru olaraq COVİD-19-a qarşı mübarizə sahəsində bütün üzv dövlətlərimizə müraciət edərək resurslarımızın səfərbər edilməsini rica etmişəm. Bu qlobal pandemiya böyük ölçü ala bilər. İSESCO təşkilatı olaraq üzv dövlətlərimizlə işləməklə tədbirlərimizin doğru şəkildə uzlaşmasını təmin etmək istərdik. İstənilən hökumətin pandemiyaya qarşı mübarizə platforması və proqramı qlobal olaraq düşünülmüş olmalıdır. 

Hökumətlər güclü və ciddi şəkildə həm yerli, həm də beynəlxalq səviyyədə tərəfdaşlarla əməkdaşlıq etməlidir. Eyni zamanda kritik vəziyyətdə xüsusən maliyyə və təhsil sahəsinə, qadın, uşaq, yaşlılara, ən həssas qruplara daha çox prioritet vermək lazımdır. Böhran artan zaman həssas qruplara daha böyük diqqət lazımdır”. 

Baş direktor qeyd edib ki, beynəlxalq tərəfdaşlarla işləməklə bu böhrana cavab vermək mümkündür: “Baxmayaraq ki, qloballaşma mövcuddur, dövlətlər beynəlxalq səviyyədə bütün tərəfdaşlarla işləməlidir. COVİD-19-a qarşı peyvəndin hazırlanması istiqamətində biz artıq lazım olan maliyyə dəstəyini də ayırdıq.  Eyni zamanda, pandemiyadan əsas ziyan görən ölkələrlə bağlı rəqəmsal fərdi proqramlar hazırladıq". 


Create Account



Log In Your Account