Feb 10 2017 16:24
Ulviyye Sabirqizi
Views: 1686

Azərbaycan ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi nüəyyənləşdirilib.

Bu haqda prezident İlham Əliyev sərəncam imzalayıb. Yeni tərkibdə komissiyaya xarici işlər nazirinin müavini Xələf Xələfov rəhbərlik edəcək. Onun müavini isə Dövlət Sərhəd Xidməti rəisinin müavini Fərhad Tağı-zadə təyin olunub.

Komissiyanın 15 üzvü də təsdiqlənib. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək, Xarici İşlər Nazirliyinə isə dəyişikliklər barədə Rusiya tərəfinə bildiriş göndərmək tapşırılıb.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin də CBC telekanalına ekskluziv musahibəsində sərhədlərdən danışıb və bu sahədə iki dövlət arasında heç bir problem olmadığını deyib:

“Hər dəfə xatırlayacağam ki, mənim Bakıdakı diplomat karyeram ərzində biz sərhəd məsələsini həll etdik. Azərbaycan-Rusiya sərhədinin delimitasiyası tarixi bir qərardır. Əvvəlcə Rusiya sözdə Azərbaycanın müstəqilliyini tanıdığını bildirdi, sonra isə bunu imzaladığı sənədlə təsdiqlədi. Çox yaxşı kompromis əldə olundu. 15 il biz sərhədin bölünməsi ilə bağlı müzakirələr apardıq, bilmirdik o hardan keçməli idi. Nəticədə biz Azərbaycan formulunu qəbul etdik. Yəni sərhədi Samur çayının ortasından çəkdik, amma sudan birgə istifadə etmək qərarını aldıq.

Bu ən yaxşı bölgü oldu. İndi, deyəndə ki, sərhədlər bizi ayırmır, bu qismən kompromisin tapılması ilə bağlıdır. Biz indi Xəzərin bölgüsü istiqamətində də yaxşı irəliləyirik. Ümid edirəm ki, ilin sonunadək biz 15 ildən çox müzakirə olunan Xəzərin statusu ilə bağlı konvensiya adlanan sənədi imzalayacağıq. Burada da yaxşı perspektivlər var”.    

 


Create Account



Log In Your Account