May 22 2020 15:10
Elshad Aliyev
Views: 28

Hörmətli Nazir müavini cənab Viktor Qasımov,

Dəyərli həmkərlar, media nümayəndələri:

 

Baharın gəldiyi, təbiətin çiçəkləndiyi və canlandığı bir vaxtda, Biz Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində ÇXR Hökümətinin Azərbaycana epidemiya əleyhinə yardım layihəsi çərçivəsində gətirilmiş antiepidemik vasitələrin ikinci və üçüncü dəstinin təhvil-təslim mərasimini keçirmək üçün toplaşmışıq. Fürsətdən istifadə edərək, bu tədbiri diqqətlə təşkil etdiyinə görə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və mediadan olan dostların iştirakına görə səmimi təşəkkür edirəm!

İlin əvvəlindən bəri, qəfil gələn COVİD-19 epidemiyası bütün dünyada yayıldı və 200-dən çox ölkə və bölgəyə fəlakət gətirmişdir. İndiyə qədər epidemiyaya yoluxmuş şəxslərin ümumi sayı 5 milyona yaxındır, ölənlərin sayı isə 300000-dən çoxdur. Bu epidemiya hər kəsin həyatını dəyişdirdi və hər bir ölkənin idarəetmə sistemini və qabiliyyətini sınadı. Epidemiya ilə mübarizədə Çin Azərbaycan ilə birgə ikitərəfli və çoxtərəfli səviyyədə qarşılıqlı olaraq bir-birilərini yaxından dəstəklənmiş və əməkdaşlıq etmiş, bir-birlərini müdafiə edib çətin vaxtlarda köməkləşərək, epidemiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın təşviqinə, dünya təhlükəsizliyinin qorunmasına və maraqların inkişafına mühüm töhfələr vermişlər. İkitərəfli səviyyədə, hər iki ölkənin hökumətləri və xalqları yan-yana mübarizə aparır, ölkə rəhbərləri bir-birilərinə rəğbət məktubları göndərir, epidemiyanın qarşısının alınması və nəzarətində təcrübə mübadiləsi aparır, qarşılıqlı olaraq maddi yardımlar edərək, bu kimi bir çox vasitələrlə bir-birlərinə dəyərli dəstək və yardım göstərirlər. Bu, Çin və Azərbaycanın yüksək siyasi qarşılıqlı etimadını, dərin ənənəvi dostluğunu və ortaq inkişaf fəlsəfəsini nümayiş etdirir. Beynəlxalq arenada, Çin və Azərbaycan çoxtərəflilik prinsipə riayət edir, epidemiya əleyhinə beynəlxalq əməkdaşlıqda fəal iştirak edir və regional güclərin vəzifələrini və məsuliyyətlərini nümayiş etdirir.

Çin üçün ən çətin olan zamanda Azərbaycan hökuməti və müxtəlif ölkələrdən olan dost insanlar Çinə müxtəlif formalarda güclü dəstək verdilər. Çin höküməti edilmiş yaxşılığa cavab olaraq, bir birinin ardınca Azərbaycana epidemiya əleyhinə yardım layihəsi çərçivəsində antiepidemik vasitələrin üçüncü dəstini vermişdir. Buraya 5000 ədəd Epidemiya aşkarlayıcı test, 10 qeyri-invaziv süni tənəffüs aparatı, 3500 dəst tibbi qoruyucu geyim, 600.000 birdəfəlik tibbi maska, 50.000 tibbi KN95 maskası və s. aiddir. Bundan əlavə, Shaanxi əyalətinin Xi'an şəhəri, Sichuan əyalətinin Mianyang şəhəri, Zhejiang əyalətinin Quzhou şəhəri, Chongqing əyalətinin Jiangjin şəhəri və Çinin digər yerli əyalət və şəhərləri, həmçinin Huawei Azerbaijan Technology Co, Ltd şirkəti, Ma Yun ictimai rifah fondu, Alibaba ictimai rifah fondu və s. kimi Çin müəssisələri və qeyri-hökumət təşkilatları, Azərbaycana epidemiya ilə mübarizədə əməli töhfələr verərək, çox sayda epidemiyanın qarşısının alınması materiallarını Azərbaycana hədiyyə etmək üçün fəal tədbirlər gördülər. Bu gün mən cənab Nazir müavini Viktor Qasımovla birgə Çin Xalq Respublikası Hökumətinin Azərbaycana epidemiya əleyhinə yardım layihəsi üçün gətirilmiş antiepidemik vasitələrin ikinci və üçüncü dəstinin təhvil-təslim aktını imzalayıram. Mən ümid edirəm ki, bu tibbi ləvazimatlar Azərbaycana epidemiyanı ən qısa müddətdə aradan qaldırmağa kömək edə bilər!    Cənab sədr Si Tszinping, yenicə yekunlaşmış 73-cü Ümumdünya Səhiyyə Assambleyasında bu cür vurğuladı, bəşər sivilizasiyasının tarixi həm də xəstəliklərə və fəlakətlərə qarşı mübarizə tarixidir. Virusun heç bir sərhədi yoxdur və xəstəliklər irqi ayırd etmir. Bu dəhşətli epidemiya qarşısında bütün ölkələrin insanları cəsarətlə irəliləyir, bir-birlərinə vaxtında və çətin zamanlarda kömək edir, dünya xalqlarının böyük sevgisini nümayiş etdirir və epidemiyaya qarşı mübarizə üçün böyük güc toplayırlar. Çin, həmişə bəşəriyyət üçün ortaq bir gələcəyi olan bir cəmiyyət qurma konsepsiyasına sadiq qaldı və təkcə öz xalqının təhlükəsizliyi və sağlamlığı üçün deyil, həm də qlobal ictimai sağlamlıq üçün məsuliyyət daşıyır. Birlik və əməkdaşlıq beynəlxalq ictimaiyyətin epidemiyanı aradan qaldırmaq üçün ən güclü silahıdır. Çin ÜST-nin rəhbərliyi və koordinasiyası altında beynəlxalq ictimaiyyət, o cümlədən Azərbaycan ilə sıx əməkdaşlıq etməyə, COVİD-19 epidemiyasına qarşı mübarizə aparmaq üçün Çin müdrikliyi və Çin proqramları ilə köməyə davam etməyə, dünya xalqlarının təhlükəsizliyini və sağlamlığını qorumağa səylə çalışmağa və qlobal ictimai səhiyyənin sürətli inkişafını təşviq etməyə hazırdır.

Bir neçə gündən sonra Azərbaycan Respublika Gününü qeyd edəcək, Mən fürsətdən istifadə edərək, Qardaş Azərbaycan xalqının bayramını səmimi qəlbdən təbrik edir onlara xoş arzular diləyirəm. Azərbaycana firavanlıq və əmiamanlıq, Azərbaycan xalqına can sağlığı arzu edirəm!  Çin Azərbaycan dostluğunun əbədi olmasını diləyiylə!


Create Account



Log In Your Account