Feb 04 2019 12:14
Naile Hesenova
Views: 149

"Roma Papası Fransiskin BƏƏ-yə səfəri ilə bütün dünyaya güclü bir mesajın şahidi oluru ki, din nəcib məqsədlər güdür, necə ki, əsl həqiqi inanc heç zaman nifrət barəsində olmayıb".  Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Mohamed Alqubaisi bu fikirdədir. Onun sözlərinə görə, Roma Papası səfəri ilə "çoxlarının fərqliliklər baxımından azad işləmək və yaşamaq üçün təhlükəsiz yer tapan fərqli sivilizasiya və mədəniyyətlər arasında birgə yaşama, insanlıq qardaşlığı və  görüş yeri  modeli olmağa çalışan torpaq " kimi ehtiram göstərib. Qeyd edir ki, bu səfər, Roma Papasının qeyd etdiyi kimi,  fərqliliklərimizə baxmayaraq, hamımızın qardaş olmasını təsdiqləyir.

Səfir bildirir ki, Birləşmiş Ərəb Əmirlikləri başqalarına qarşı tolerantlığın, harmoniyanın, ehtiramın və qəbul etmənin bariz nümunəsidir. Bu baxış İslam dinindən, nəcib ərəb adət-ənənələrindən və BƏƏ-nin banisi Şeyx Zayed irsindən qaynaqlanır.  Müasir nəsil də bizim müdrik rəhbərliyin başçılığı altında bu dəyərlərin möhkəmləndirilməsində və onun davamlılığını dəstəkləyən tədbirlər yaratmaqda israrlıdır. Belə ki,  bu gün BƏƏ 200 müxtəlif milliyyətə, 40-dan çox kilsəyə, Six və Buddist məbədlərinə ev sahibliyi edir.

"Biz Roma Papası Fransiskin qardaş ölkə Azərbaycana etdiyi tarixi səfəri xatırlayırıq. Burada o, Azərbaycanın dini tolerant mühit yaratmasını və geniş şəkildə ekstremizmə yad cəmiyyətin yetişdirməsini yüksək dəyərləndirmişdir", deyə səfir əlavə edib.  Bildirib ki, bütün dünyada sülh şəraitində birgə yaşayış üçün dinlərarası dialoq çox vacibdir.

 


Create Account



Log In Your Account