Mar 18 2020 16:52
Elshad Aliyev
Views: 101

Azərbaycan Respublikası vətəndaşlarının Macarıstandan təxliyə edilməsi üçün Azərbaycan hökuməti tərəfindən təşkil edilmiş Budapeşt-Bakı çarter reysinin bu gün, 18 mart tarixdə saat 20:00-da Budapeşt hava limanından yola düşməsi planlaşdırılır.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin “Facebook” səhifəsində bildirilib.

“Bununla əlaqədar olaraq, ilk növbədə 15 mart tarixdən 31 mart tarixədək WizzAir şirkətinin Budapeşt-Bakı reyslərinə biletləri olan (tarix ardıcıllığı ilə) Azərbaycan vətəndaşlarının təxliyəsi təmin ediləcək. Həmin şəxslərin pasportlarının surətlərini təcili olaraq (1 saat ərzində) mütləq qaydada səfirliyin budapest@mission.mfa.gov.az ünvanına göndərmələri və saat 16:00-da Budapeşt hava limanında olmaları zəruridir”, - deyə məlumatda qeyd olunub.


Create Account



Log In Your Account