Apr 13 2020 15:03
Elshad Aliyev
Views: 88

Türkiyənin Azərbaycandakı səfirliyi Ermənistanın koronavirusla mübarizə üçün Türkiyədən yardım istədiyi, Türkiyənin isə buna müsbət cavab verdiyi barədə yayılan məlumatlara münasibət bildirib.

Səfirlikdən APA-ya daxil olan məlumatda qeyd olunur ki, Türkiyədə yaşayan 70-ə yaxın Ermənistan vətəndaşının insani yardım olaraq ölkəsinə göndərilməsi təmin edilib.

Bildirilib ki, Ermənistan vətəndaşları Gürcüstandan keçməklə ölkələrinə yola salınıb.

“Bundan başqa, hər hansı yardım məsələsi gündəmdə yoxdur”, - deyə məlumatda qeyd olunub.


Create Account



Log In Your Account