May 10 2021 16:14
Elshad Aliyev
Views: 148

Ermənistanın sabiq prezidenti Robert Köçəryan Qarabağda müharibədə öldürülmüş erməni hərbçilərin məzarını ziyarət zamanı etirazla qarşılanıb.

APA-nın məlumatına görə, ölmüş erməni hərbçilərin valideynləri R. Koçaryana kəskin etiraz edib, onun qəbiristanlığı tərk etməsini istəyiblər.

Hərbçilərdən birinin anası eks-prezidentin ünvanına kəskin ittihamlar səsləndirib, onu və Ermənistana rəhbərlik etmiş digər şəxsləri oğlunun ölümündə, ölkənitalamaqda günahlandırıb.

R. Koçaryan və onu müşayiət edənlər pərt vəziyyətdən ərazidən uzaqlaşıb.

Qeyd edək ki, Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan da tez-tez analoji vəziyyətlə üzləşir.


Create Account



Log In Your Account