Feb 24 2020 10:24
Elshad Aliyev
Views: 36

"Azərbaycanda hazırda koronavirusla bağlı vəziyyət stabildir. Heç bir şübhəli hal yoxdur".

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib.

Onun sözlərinə görə, ölkədə epidemioloji durum tam nəzarət altındadır: "Şayiələr yayılsa da, bununla bağlı rəsmi açıqlama verilib. Əgər belə bir hal baş verərsə, rəsmi orqan məlumat yayar. Amma indi heç bir şübhəli hal yoxdur".


Create Account



Log In Your Account