May 31 2017 13:33
Naile Hesenova
Views: 462

Bu gün Milli Olimpiya Komitəsində (MOK) Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının işıqlandırılmasında fəal iştirak edən media nümayəndələrinin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, IV İslam Həmrəyliyi oyunları uğurla başa çatıb:

"Bu oyunlar Azərbaycan üçün zəfər bayramı oldu. 162 medal qazandıq. Onlardan 75-i qızıl medal oldu. Bu oyunlarda Azərbaycan 1-ci yeri tutdu. Bu bir daha göstərdi ki, Azərbaycan İslam ölkələri sırasında liderliyə yüksəlib".

Oyunların təşkilatı işlərinin də uğurla təşkil olunduğunu deyən Ç.Hüseynzadə bildirib ki, oyunlar möhtəşəmliyi ilə yadda qaldı:

"Bütün bu uğurlar MOK prezidenti, ölkə başçısı İlham Əliyevin adı ilə bağlıdır. Çünki cənab Prezident bu oyunların möhtəşəm keçirilməsi üçün lazımi şərait yaratdı".

Sonda oyunlarda fəal iştirak edən ictimai təşkilat nümayəndələri və media qurumları mükafatlandırılıb. “Trend” Beynəlxalq İnformasiya Agentliyi (BİA) ən yaxşı informasiya agentliklərindən olub.

 


Create Account



Log In Your Account