May 18 2017 11:07
Naile Hesenova
Views: 731

Mayın 18-də IV İslam Həmrəyliyi Oyunlarının suyatullanma yarışlarına start verilib.

AZƏRTAC xəbər verir ki, yarışların ilk günündə kişi idmançılar 3 metr hündürlükdə tramplindən suya tullanma üzrə təsnifat mərhələsində güclərini sınayırlar.

Ölkəmizi Artem Danilov və Dmitri Sorokin təmsil edirlər. Yarışda finala vəsiqə uğrunda indoneziyalı Tri Priambodo, Aldiansiah Rafi, iranlı Şahnam Nazarpur, Mojtaba Valipur, İraq təmsilçiləri Hussein Əl-Elayavi, Hussein Əl-Maliki və türkiyəli Kıvanç Gur mübarizə aparırlar.

 


Create Account



Log In Your Account