Dec 27 2019 12:46
Elshad Aliyev
Views: 113

Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada, “Sülh Çeşməsi” əməliyyatı ilə terrordan təmizlənən Rəsulayn şəhərində yaşayan xristianların yeni il münasibətilə kilsədə Milad bayramını qeyd etdiyi bildirilib.

CBC Bakü Basın Müşavirliğinə istinadən xəbər verir ki, açıqlamada, dini ayinlərini sülh və əmin-amanlıq şəraitində keçirdiklərini dilə gətirən insanların “Biz - müsəlman, xristian, şiə, kürd, druz, ərəb - hamımız qardaşıq. Burada ibadətlərimizi edirik. Əmin-amanlıq və ədalət gətirdiyi üçün, bizi PKK/YPG-dən xilas etdiyi üçün Türkiyə dövlətinə və türk əsgərinə təşəkkür edirik.” - ifadələri qeyd olunub.

Qeyd edək ki, Türkiyə “Sülh Çeşməsi” əməliyyatı ilə bölgədə əmin-amanlığı bərqərar etməyə davam edir.


Create Account



Log In Your Account