Nov 26 2019 12:14
Elshad Aliyev
Views: 410

Türkiyənin İletişim Başqanlığının Bakı Basın Müşavirliyindən CBC-yə verilən məlumata görə, dünən Suriyanın Ayn əl-Ərəb bölgəsindən Şanlıurfaya gələn iki PKK/YPG terrorçusu silah və ratsiyaları ile Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olub.

Türkiyə Daxili İşlər Nazirliyinin yaydığı yazılı bəyanatda bildirilib ki, ölkə daxilində və xaricində terrora qarşı həyata keçirilən hərbi əməliyyatlar nəticəsində separatçı PKK/PYD terror təşkilatında parçalanma sürətlənir, təşkilatdan qaçanların və təslim olanların sayı artır: “2019-cu ilin noyabr ayının 25-də Suriyanın Ayn əl-Ərəb bölgəsindən iki terrorçu Daxili İşlər Nazirliyi organlarından Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin səyləri nəticəsində M-16 silahları və ratsiyaları ilə Suriyadan qaçaraq Şanlıurfadakı sərhəd məntəqəsində təhlükəsizlik qüvvələrinə təslim olub.”

 YPG/PKK öz sıralarında Türkiyə Silahlı Qüvvələrinə qarşı döyüşməkdən imtina edən onlarla insanı qətlə yetirib.


Create Account



Log In Your Account