Dec 07 2016 14:35
Ulviyye Sabirqizi
Views: 428

Smartfon istifadəçiləri bundan sonra üzün tanınması əlavəsi vasitəsilə insanları identifikasiya edə biləcəklər. Belə ki, Londonun “Blippar” şirkəti öz əlavəsi üçün “Face Profile” əlavə reallıq funksiyasını istifadəyə verib. Bu funksiya istifadəçilərə üzü hətta televizordan skan etməyə imkan yaradıb.
İstifadəçilər lazımi adam haqqında onun sosial media profili daxil olmaqla baza məlumatlarını əldə edəcəklər. Proqram hazırda yalnız ictimai xadimləri tanısa da, istifadəçilər öz profillərini yaradaraq ona əlavə edə bilərlər.
“iOS” və “Android” əməliyyat sistemləri üçün nəzərdə tutulan "Blippar” əlavəsi indiyədək istifadəçilərə smartfondan istifadə edərək gündəlik obyektlər haqqında daha çox məlumat əldə etmək üçün onları skan etməyə imkan verib. Yenilənmə insanlar haqqında daha çox informasiya toplamaq üçün üzləri skan etməyə şərait yaradacaq.

 


Create Account



Log In Your Account