May 21 2020 17:15
Elshad Aliyev
Views: 183

Fransanın Azərbaycandakı səfiri Zakari Qros Milli Məclisin Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidov ilə görüşüb.

Milli Məclisdən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə Beynəlxalq münasibətlər Komitələrinin birgə prioritet iş istiqamətləri, Azərbaycanın Amerika, Aİ ölkələri və digər  əsas tərəfdaşları ilə aparılacaq  işlər, eləcə də AŞPA ilə münasibətlər müzakirə edilib.

Bununla yanaşı görüş zamanı ilkin müzakirə edilən problem, Dağlıq Qarabağ münaqişəsinin danışıqlara uyğun mərhələli şəkildə həlli ilə bağlı məsələ olub. Bu istiqamətdə atılan addımların münaqişənin beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq həlli üçün Azərbaycanın dialoqa hazır olduğunun bir daha əyani sübutu olduğu vurğulanıb.  

Müzakirə edilən digər məsələ dünyada xüsusi nüfuza malik olan ölkələrin belə iqtisadiyyatını sarsıdan COVID-19 pandemiyasının nəticələri olub. Əsasən postpandemiya dövründə iqtisadi inkişafın təminatı üçün atılacaq addımlar və iş istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Hazırda ölkədə aparılan islahatlar nəticəsində dövlətin inkişafı üçün ən böyük təhdidlərdən olan korrupsiyanın qarşısını almaq üçün dövlət başçısı tərəfindən həyata keçirilən qəti tədbirlərdən danışılıb. ASAN və DOST  kimi qurumların bu qəbildən olan problemlərin qarşısını aldığı, vətəndaş dövlət arasında əlaqənin daha şəffaf şəkildə aparıldığı bildirilib.


Create Account



Log In Your Account