Mar 16 2020 14:25
Elshad Aliyev
Views: 50

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən yanvar-fevral aylarında 7,7 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 21,7 faiz artıb. Sənaye məhsulunun 26 faizi emal sektorunda sektorunda istehsal olunub. Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 5,7 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 2,5 dəfə, içkilərin istehsalı 2,1 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 89,8 faiz, geyim istehsalı 79,6 faiz, hazır metal məmulatlarının istehsalı 56,5 faiz, mebel istehsalı 47,3 faiz, poliqrafiya məhsullarının istehsalı 40,7 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 39,6 faiz, kağız və karton istehsalı 27,5 faiz, elektrik avadanlıqlarının istehsalı 27,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 25 faiz, kimya sənayesi məhsullarının istehsalı 19,5 faiz, tütün məmulatlarının istehsalı 16,3 faiz, əczaçılıq məhsullarının istehsalı 4,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 3,6 faiz, qida məhsullarının istehsalı 1,2 faiz artıb.

Maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 7,7 faiz, maşın və avadanlıqların istehsalı 19,1 faiz, tikinti materiallarının istehsalı 21,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 40,3 faiz azalıb.


Create Account



Log In Your Account