Jun 10 2021 12:57
Elshad Aliyev
Views: 104

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən cari ilin yanvar-may aylarında 18,8 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz az sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 16,2 faiz artıb.

Sənaye məhsulunun 31,2 faizi emal sektorunda istehsal olunub. Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 4,4 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,9 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 2,5 dəfə, maşın və avadanlıqların istehsalı 98,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 96,3 faiz, tütün məmulatlarının istehsalı 86,3 faiz, elektrik avadanlıqlarının istehsalı 81,5 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 43 faiz, kağız və karton istehsalı 41 faiz, tikinti materiallarının istehsalı 29,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 24,6 faiz, geyim istehsalı 20,5 faiz, qida məhsullarının istehsalı 7,7 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 5,3 faiz, neft məhsullarının istehsalı 3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 2,4 faiz artıb, hazır metal məmulatlarının istehsalı 4,7 faiz, içkilərin istehsalı 8,6 faiz, kimya sənayesi məhsullarının istehsalı 9,8 faiz, mebel istehsalı 28,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 47,7 faiz, poliqrafiya məhsullarının istehsalı 63,5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 70,9 faiz azalıb.


Create Account



Log In Your Account