Feb 09 2017 18:16
Ulviyye Sabirqizi
Views: 1301

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2017-ci ilin yanvar ayında dövlət büdcəsinə 128,187 mln. manat vəsait ödənilib.

CBC SOCAR-a istinadən xəbər verir ki, bu göstərici 2016-cı ilin yanvar ayı ilə müqayisədə 10,505 mln. manat və ya 8,9% çox olub.

Bundan əlavə, cari ilin yanvar ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12,507 mln. manat vəsait köçürüb. Bu, 2016-cı ilin analoji dövrü ilə müqayisədə 2,379 mln. manat və ya 23,5% çoxdur.

 


Create Account



Log In Your Account