Dec 20 2019 12:54
Elshad Aliyev
Views: 432

“SOCAR Petroleum” QSC yanacaqdoldurma şəbəkəsinin inkişaf planına uyğun olaraq daha 4 CNG (sıxılmış təbii qaz) məntəqəsi istifadəyə verib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, sıxılmış təbii qaz məntəqələri Xəzər rayonu, Mərdəkan-Qala yolayrıcının cənub-qərb hissəsindəki yanacaqdoldurma məntəqəsində (YDM); Bakı-Salyan şosesinin 70-ci kilometri, Hacıqabul-Astara yolayrıcı, yolun sağ tərəfindəki YDM-də; Bakı-Quba yolunun 28-ci kilometrində, yolun sağ tərəfində, Ceyranbatan qəsəbəsi yaxınlığındakı YDM-də; Xətai rayonu, Nobel prospektindəki YDM-də açılıb.

Beləliklə də CNG məntəqələrinin sayı 9-a çatdırılıb.


Create Account



Log In Your Account