Apr 27 2018 11:41
Ferah Sabirqizi
Views: 219

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi “SOCAR Georgia Gas” Xoni bələdiyyəsində yeni qazpaylayıcı şəbəkəni istismara verib.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Romeo Mikautadze, “SOCAR Georgia Gas” şirkətinin direktoru Azər Məmmədov, Xoni bələdiyyəsinin meri Lado Curxadze və digər rəsmi şəxslər Şua Qubi kəndində qazpaylayıcı şəbəkənin açılışında iştirak ediblər.

“SOCAR Georgia Gas” şirkəti Xoni bələdiyyəsində 3 kəndi təbii qazla təmin edəcək qaz kəmərinin inşasını başa çatdırıb. 25,5 km uzunluğa malik orta təzyiqli qaz kəməri bələdiyyənin Didi Qubi, Patara Qubi və Şua Qubi kəndlərini təbii qazla təmin etməyə imkan verəcək. Kəndlərdə yaşayan 500-ə yaxın ailə təbii qaz şəbəkəsinə qoşulub.


Create Account



Log In Your Account