Mar 30 2017 17:32
Ulviyye Sabirqizi
Views: 1390

31 mart-1 aprel tarixlərində hava şəraitinin kəskin pisləşəcəyi, açıq dənizdə arabir 35-38 m/s-dək küləyin olması gözlənilir.

SOCAR-dan CBC-yə verilən məlumata görə, fırtına ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə, “Azneft” İstehsalat Birliyinin bütün işçilərinə təlimatlar verilib. "Qəza və fəsadların baş verməməsi üçün növbədə olan zəruri işçilərdən başqa, bütün həmkarlarımız estakada və neft-qaz yığım məntəqələrindən təxliyə edilib. Birliyin struktur təşkilatlarında həmin günlərdə növbətçilik təşkil olunub", - deyə məlumatda vurğulanıb.

Bundan əlavə, dəniz neft-qazçıxarma obyektlərində işçilərin gediş-gəlişi məhdudlaşdırılıb, qaldırıcı qurğular təhlükəsiz vəziyyətə gətirilərək, işləri dayandırılıb, kəskin hava şəraitində təhlükə yarada bilən işlərin görülməsi qadağan edilib.

 


Create Account



Log In Your Account