Nov 05 2019 16:04
Elshad Aliyev
Views: 26

Yaxın illərdə SOCAR Xəzərin Azərbaycan sektorunda yerləşən "Neft Daşları" yatağında 50-60 yeni hasilat quyusunun qazılmasını planlaşdırır.

"APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov "Neft Daşları"na təşkil edilmiş media-tur zamanı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, yataqda 5 meydança-özülün tikintisi də nəzərdə tutulub.

İ. Əhmədov qeyd edib ki, "Neft Daşları" Azərbaycanın digər neft yataqlarını birləşdirən strateji kommunikasiya və infrastruktur düyünüdür. SOCAR-ın illik neft-qaz hasilatının 70%-dək olan hissəsi sahilə məhz "Neft Daşları"dan ötürülür. Burada hasil olunan neft xüsusi sobalarda 35-40 dərəcəyə qədər qızdırıldıqdan sonra 70 kilometrdən artıq borular vasitəsi ilə birbaşa sahilə - Dübəndi terminalına nəql edilir və oradan təyinatı üzrə ixraca və ya emala yönəldilir.

“Günəşli” yatağı və “Çiraq-1” platformasında hasil olunan səmt qazının qəbulu, ilkin emalı və sahilə ötürülməsi sıxıcı kompressor stansiyası (SKS) vasitəsi ilə gerçəkləşdirilir. Stansiya 1994-cü ildə gündəlik 4,2 mln. kubmetrlik layihə gücü ilə istismara verilib. Sonradan aparılmış modernizasiya işləri nəticəsində onun gündəlik ötürücü gücü 11 mln. kubmetrə çatdırılıb. SKS-də aşağı təzyiqli qaz ilkin olaraq girişdə separasiya olunaraq, kompressorlarda 5 atm-dən 19 atm-ə qədər sıxılır, deyə İ. Əhmədov əlavə edib.


Create Account



Log In Your Account