May 10 2017 15:26
Naile Hesenova
Views: 515

“Neft Daşları” yatağında 620A nömrəli stasionar dəniz özülündən 2622 nömrəli quyuda qazma işlərinə başlanılıb.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkiüstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1 600 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan gündəlik 10 ton neft və 1 000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.

 


Create Account



Log In Your Account