Mar 01 2017 17:56
Ulviyye Sabirqizi
Views: 1284

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Novorossiysk limanından (Qara dəniz, Rusiya) 159 777 ton xam neft ixrac edib.

CBC SOCAR-a istinadən xəbər verir ki, bu həcmin 79 841 tonu fevral ayındakı ixracın payına düşüb.

Qeyd edək ki, Bakı-Novorossiysk kəməri xam neftin şimal istiqamətində nəqli üçün inşa olunub. Bu kəmərlə xam neft Rusiya ərazisindən keçməklə Novorossiysk limanına nəql olunur. Bununla bağlı müvafiq müqavilə

1996-cı il fevralın 18-də Moskvada imzalanıb. İlk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.

 


Create Account



Log In Your Account