Apr 23 2020 15:42
Elshad Aliyev
Views: 72

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilir. Dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışlarına əsasən, karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanlara, tənhalara, ahıl vətəndaşlara, eləcə də aztəminatlı ailələrə davamlı olaraq yardımlar paylanılır.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən aprelin 6-dan may ayının 4-dək ölkəmizdə xüsusi karantin rejimi çərçivəsində şirkətin müxtəlif strukturlarının əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində paytaxtın müxtəlif rayonlarında yardım kampaniyalarında iştirak edərək ahıllara, aztəminatlı ailələrə ərzaq yardımları ilə köməklik göstərib.

Yardım göstərilən ailələr göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını bildiriblər. SOCAR-ın yardım aksiyası növbəti günlərdə digər məntəqələrdə də davam edəcək.


Create Account



Log In Your Account