Dec 16 2019 15:18
Elshad Aliyev
Views: 165

“SOCAR-Petrofac” MMC (SOCAR və “Petrofac Facilities Management Limited” şirkəti tərəfindən yaradılmış birgə müəssisə) və BP arasında “Layihə İdarəetmə Xidmətləri” (“Project Management Services”) müqaviləsini imzalanıb.

APA-Economics”in “Petrofac”a istinadən verdiyi məlumata görə, müqavilə BP şirkətinin Azərbaycan və Gürcüstandakı fəaliyyətini dəstəkləyəcək.

Məlumata əsasən, üçillik müqavilə “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Boru Kəməri, Cənubi Qafqaz Qaz Boru Kəməri və Qərb İxrac Boru Kəməri layihələri çərçivəsində BP-nin həm dəniz, həm də quruda olan fəaliyyətini əhatə edəcək.

Qeyd edək ki, “SOCAR-Petrofac” MMC 2017-ci ildə yaradılıb (SOCAR – 51%, “Petrofac Facilities Management Limited” – 49%). Birgə müəssisəsinin yaradılmasında əsas məqsəd Böyük Britaniyanın “Petrofac” şirkətinin iştirak etdiyi təlim xidmətləri tenderlərində yerli təlim vasitələrinə olan tələbatın ödənilməsidir.


Create Account



Log In Your Account