Apr 29 2020 13:56
Elshad Aliyev
Views: 60

“SOCAR Polymer”in ixracı artıb.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayına istinadla xəbər verir ki, yanvar-mart ayları ərzində “SOCAR Polymer” MMC 31,4 milyon dollar dəyərində ixrac həyata keçirib. Ötən ilin müvafiq dövründə isə “SOCAR Polymer”in ixracının dəyəri 23,6 milyon dollar olub.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi üzrə inşa olunan polipropilen zavodunun illik istehsal gücü 184 min tondur. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-dən polipropilenin ixracına başlanılıb. “SOCAR Polymer” layihəsi çərçivəsində yüksəksıxlıqlı polietilen zavodu tikilib. Zavod gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Məhsulun 25 faizi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub.


Create Account



Log In Your Account