Dec 28 2019 15:39
Elshad Aliyev
Views: 127

Bu ilin yanvar-noyabr ayları ərzində “SOCAR Polymer” şirkətinin ixracı 72,2 milyon ABŞ dolları təşkil edib.

Müəssisədən AZƏRTAC-a bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 68,2 milyon dollar və ya 18,95 dəfə çoxdur.

“SOCAR Polymer” ölkənin neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı əsasında yaradılmış ilk şirkət olaraq Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək məqsədilə 2013-cü ildə təsis edilib. “SOCAR Polymer” kompleksi illik istehsalat gücü 180 min ton polipropilen və 120 min ton yüksəksıxlıqlı polietilen olan iki zavoddan ibarətdir.


Create Account



Log In Your Account