Feb 18 2020 15:05
Elshad Aliyev
Views: 57

Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində tikilən yüksəksıxlıqlı polietilen zavodunun istismara verilməsindən bir il keçir.

AZƏRTAC xəbərə verir ki, Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “SOCAR Polymer”in yüksəksıxlıqlı polietilen zavodu zavodu gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Əsas xammal qismində SOCAR-ın “Azərikimya” İB-nin etilen qazından istifadə olunur. Zavodda təxminən 200 nəfər daimi işlə təmin edilib. Məhsulun 25 faizi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub.

Ötən il yüksəksıxlıqlı polietilen zavodu 18 min ton məhsul istehsal edib. Zavodda istehsal olunan polipropilen “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə göndirilir.

Yüksəksıxlıqlı polietilendən kənd təsərrüfatı, boru sistemləri, ərzaq qablaşdırılması, tikinti materialları, kimyəvi maddə, avtomobil sənayesi, istehlak və məişət malları, tibbi təyinatlı mallar, elektron cihazların hissələri və elektrik mallarının istehsalında xammal kimi istifadə olunur.


Create Account



Log In Your Account