Dec 28 2019 11:50
Elshad Aliyev
Views: 101

"Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına SOCAR-ın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir".

"APA-Economics"in xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.

Onun sözlərinə görə, daha sonra bu siyahıda "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərenerji" ATSC, "Azərbaycan Hava Yolları" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, “CTS-Agro” MMC,  "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC, "Azərkimya" İB, "Bakı Neft Maşınqayırma Zavodu" TASC təmsil olunurlar.

“Bu ilin yanvar-noyabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Socar Polymer” MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Nine Climate" MMC,  "Global Export Fruits" MMC, “Sun Food" MMC, "Baku Steel Company", "Azərbaycan Şəkər İstehsalat Birliyi " MMC, "Natural Fruit" MMC, "Caspian enerji-2020" MMC”, - deyə R.Hüseyn qeyd edib.


Create Account



Log In Your Account