Apr 07 2020 11:00
Elshad Aliyev
Views: 80

Rumıniyanın Rəqabət Şurası hazırda “Aral MTB SRL” şirkətinin nəzdində fəaliyyət göstərən 6 yanacaqdoldurma məntəqəsinin (YDM) istifadə hüququnun SOCAR-ın bu ölkədə törəmə şirkəti olan “SOCAR Petroleum SA”ya keçməsi və “SOCAR” brendi ilə fəaliyyət göstərməsinə icazə verib.

AZƏRTAC xəbər verir ki, beləliklə də SOCAR Arad, Timiş və Sibiu bölgələrində yerləşən YDM-ləri icarəyə götürərək idarə edəcək.

Qeyd edək ki, Rumıniyada investisiya layihələrini uğurla reallaşdıran SOCAR bu ölkənin iri şəhərlərində ilbəil yanacaqdoldurma məntəqəsi şəbəkəsini genişləndirməkdə davam edir. Hazırda SOCAR Rumıniyanın 21 regionu - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Argeş, Bistritsa-Nasaud, Hunedoara, Sibiu, Buxarest, Braşov, Satu-Mare və Craiovada YDM-ə malikdir.


Create Account



Log In Your Account