Jan 09 2019 13:12
Ferah Sabirqizi
Views: 215

Danimarkanın “A.P. Moller-Maersk” şirkətinə daxil olan “APM Terminals” Türkiyənin İzmir şəhərindəki konteyner terminalının Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) təhvil verilməsini başa çatdırıb.

Bu barədə “A.P. Moller-Maersk” şirkətindən bildiriblər. Məlumatda qeyd olunur ki, “APM Terminals” həmin terminalın gələcək inkişafı üçün SOCAR-ın daha uyğun olduğunu hesab etdiyi üçün konteyner terminalını öz tərəfdaşına təhvil vermək qərarı qəbul edib:

“Terminalın satışı artıq başa çatıb. SOCAR obyektin sahibi olacaq, eyni zamanda “APM Terminals” terminalın istismarını davam etdirəcək”.

Qeyd edək ki, İzmirin Əliağa rayonunda yerləşən terminal Türkiyənin Egey bölgəsində ən iri konteyner terminalıdır.


Create Account



Log In Your Account