Feb 21 2017 11:32
Ulviyye Sabirqizi
Views: 1333

SOCAR Ukraynanın daxili bazarında təbii qaz ticarətinə başlayıb.

CBC xəbər verir ki, 2016-cı ilin dekabrın 30-da SOCAR-ın Ukraynadakı törəməsi olan "SOCAR Ukraine Ticarət Evi" "ERU Trading" şirkəti ilə müqavilə imzalayıb. Müqavilənin şərtlərinə əsasən, SOCAR-ın törəməsi şirkətə 131 mln. kubmetr qaz satacaq.

Ötən ilin dekabrın 14-də isə "SOCAR Ukraine Ticarət Evi" "Ukrtransqaz" şirkəti ilə müqavilə imzalayıb. Müqavilənin şərtlərinə əsasən, SOCAR-ın törəməsi Ukrayna şirkətini 2017-ci il ərzində 180 mln. kubmetr həcmində qazla təmin edəcək.

Hazırda "SOCAR-Ukraine Ticarət Evi" "Ukrzaliznıtsa" şirkətinin elan etdiyi tenderdə iştirak edir. Tenderin qalibi Ukrayna şirkətini 36,6 mln. kubmetr qazla təmin etməlidir.

Qeyd edək ki, "SOCAR Ukraine Ticarət Evi" Ukraynada 60 yanacaqdoldurma məntəqəsinə sahibdir.

 

 


Create Account



Log In Your Account