Dec 10 2019 11:48
Elshad Aliyev
Views: 148

SOCAR və "Baker Hughes" şirkəti arasında hasilat sahəsi əməliyyatlarında səmərəli quyuların konsepsiyasının işlənib hazırlanması və icrası ilə bağlı anlaşma memorandumu imzalanıb.

"APA-Economics"in məlumatına görə, imzalanma mərasimi "Baker Hughes" tərəfindən Bakıda təşkil edilmiş "Energy Forward" adlı konfrans çərçivəsində baş tutub.

Bu layihənin əsas məqsədi yeni quyularda səmərəliliyin artırılması imkanlarının müəyyən olunması və əldə edilməsidir. “Baker Hughes” şirkətinin qabaqcıl texnoloji həllərinin tətbiqi Azərbaycanın neft və qaz sənayesində inkişafa dəstək olmaqla, yerli resurslar və imkanlardan daha səmərəli istifadəyə şərait yaradacaq.

Bundan başqa, konfrans zamanı “Baker Hughes” və SOCAR-ın Neft və Qaz Tədqiqatı və Layihələndirmə İnstitutu arasında SOCAR-ın Azərbaycanda mövcud qurğusundan səmərəli istifadə əsasında neft sənayesi üçün reagentlərin istehsalını daxildə həyata keçirməyə yol açan razılaşma imzalanıb. 

Bundan əlavə, “Baker Hughes”, Bakı Ali Neft Məktəbinə “JewelSuite” proqram təminatı üçün lisenziyanın verilməsi barədə təhvil-təslim aktı imzalanıb. Dəyəri 1 mln. ABŞ dollarından artıq olan bu proqram təminatı üçün lisenziyalar tələbələrə Xəzər hövzəsində yeraltı mürəkkəb quruluşları modelləşdirməyə imkan yaradacaq. Bu təşəbbüs, sənaye sahəsində aparıcı geoloji  və geofiziki proqram təminatından istifadə sahəsində real təcrübə qazanacaq, eyni zamanda tələbələrin təhsildən birbaşa peşəkar fəaliyyətə keçidinə dəstək verəcək.


Create Account



Log In Your Account