Dec 23 2019 10:38
Elshad Aliyev
Views: 113

Qazaxıstanın “KazMunayQaz” milli şirkətinin sədri Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, Qazaxıstan şirkətinin rəhbərliyi və nümayəndə heyəti SOCAR-ın “Caspian Drilling Company” (CDC) MMC-nin dəniz təchizat və logistika bazasında CDC şirkətinin rəhbərliyi ilə görüşüb. Hazırda SOCAR-ın CDC şirkəti öz bazasında “KazMunayQaz” şirkətinə məxsus olan “Sətti” özüqalxan üzən qazma qurğusunun modernləşdirilməsini həyata keçirir. “KazMunayQaz” rəhbərliyi qurğunun modernizasiya prosesi ilə tanış olub, məmnunluğunu ifadə edib.

Növbəti gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev “KazMunayQaz”ın sədri Alik Aydarbayevlə və Qazaxıstan şirkətinin heyəti ilə görüş keçirib. Görüşdə iki şirkət arasında tərəfdaşlıq əlaqələrinin inkişafı, habelə neft-qaz sənayesinin müxtəlif sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Xatırladaq ki, “KazMunayQaz” şirkətinə məxsus olan “Satti” qurğusu SOCAR-ın CDC şirkəti tərəfindən modernləşdirildikdən sonra, ilk növbədə Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində, “Ümid-Babək” blokunda aparılan işlərə, eləcə də Xəzər dənizi akvatoriyasında digər əməliyyatlara cəlb edilə bilər. Əməliyyat dövründə qurğu üzərində menecmenti SOCAR-ın CDC şirkəti həyata keçirəcək.


Create Account



Log In Your Account