Mar 30 2020 12:22
Elshad Aliyev
Views: 70

Yanacağın satışı ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

“Azərbaycanda yanacağın satışı ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb. SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodu öz fəaliyyətini normal rejimdə davam etdirir. Ölkəmizin enerji təhlükəsizliyi tam təmin olunub. Bütün istehlak edilən yanacaq növləri əhaliyə sərbəst şəkildə satılır. Bu istiqamətdə narahatlıq üçün heç bir əsas yoxdur. Əziz vətəndaşlarımızı təşviş yaradan şayiələrə yox, yalnız rəsmi məlumatlara inanmağa çağırırıq”, - deyə şirkətin məlumatında bildirilir.


Create Account



Log In Your Account