Feb 01 2017 15:03
Ulviyye Sabirqizi
Views: 1588

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2017-ci ilin yanvar ayında 71 459 ton dizel yanacağı ixrac edib.

CBC SOCAR-a istinadən xəbər verir ki, ötən ay 6 952 ton təyyarə yanacağı, 7 915 ton yüksək təzyiqli polietilen, 696 ton mütləqləşdirilmiş izopropil spirti, 6 165 ton maye piroliz qətranı, 3 107 ton propilen və 2 741 ton butilen butadien fraksiyası ixrac edilib.

2017-ci ilin yanvar ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 553,42 ABŞ dolları, təyyarə yanacağının - 504,23 dollar, dizel yanacağının - 477,93 dollar, 1% kükürdlü mazutun qiyməti - 330,93 dollar, yüksək təzyiqli polietilenin - 1221,25 dollar, butilen butadien fraksiyasının - 658,65 dollar, maye piroliz qətranının - 553,42 dollar, propilenin qiyməti - 770 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 940 avro təşkil edib.

Yanvar ayında dünya bazarında “Brent” tipli xam neftin 1 bareli 54,67 dollara, “Urals” nefti 53,66 dollara, “BTC FOB Ceyhan” tipli xam neft isə 55,14 dollara satılıb.                              

 


Create Account



Log In Your Account