Aug 22 2017 12:29
Naile Hesenova
Views: 78

SOCAR yaxın illərdə təbii qaz hasilatını artırmağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev "Reuters" agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, yaxın illərdə bir neçə qaz yatağı istismara veriləcək: "Biz 2019-cu ildə “Abşeron” yatağının ilk mərhələsindən 1,5 milyard kubmetr, 2022-2023-cü ildə isə ikinci fazadan 5 milyard kubmetr təbii qaz hasil etməyi planlaşdırırıq. Eyni zamanda yaxın 3-5 ildə “Ümid” yatağında iki platformanın tikintisini və həmin platformalarda 8 quyunun qazılmasını nəzərdə tuturuq".

SOCAR prezidenti həmçinin qeyd edib ki, şirkət “Babək” qaz yatağında da kəşfiyyata başlamağı planlaşdırır: "Bu layihələrin həyata keçirilməsi bizə həm ölkə daxilində, həm də xaricə qaz satışını artırmağa imkan verir".

 


Create Account



Log In Your Account