Dec 28 2019 12:51
Elshad Aliyev
Views: 119

Somalinin paytaxtı Moqadişoda güclü partlayış törədilib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 94 nəfər həlak olub.

Hadisə minalanmış avtomobilin partladılması nəticəsində baş verib.

Həlak olanlardan 73 nəfəri dinc sakin, 17 nəfəri polis əməkdaşı, daha 4 nəfəri isə əcnəbi vətəndaş olub.

Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən təşkilat olmayıb.


Create Account



Log In Your Account