Apr 10 2020 11:06
Elshad Aliyev
Views: 81

Son sutka ərzində Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 42 nəfər artaraq 624-ə çatıb.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son məlumata görə ölkədə koronavirusdan 38 nəfər sağalıb, 3 nəfər dünyasını dəyişib.

Xatırladırıq ki, ilk dəfə koronavirus martın 15-də Fransadan Daşkəndə gələn Özbəkistan vətəndaşında aşkar edilib.

Hazırda Özbəkistanda stasionar və ev şəraitində karantində təxminən 88 min adam var.


Create Account



Log In Your Account