Dec 15 2018 12:27
Ferah Sabirqizi
Views: 121

2013-2017-ci illərdə BP və tərəfdaşları Azərbaycandakı sosial investisiya layihələrinə 20,3 milyon dollar xərcləyib.

Bu barədə BP-nin “2017-ci ildə Azərbaycanda davamlı inkişaf” adlı hesabatında deyilir.

Hesabata görə, BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları Azərbaycandakı sosial investisiya layihələrinə 2013-cü ildə 2,7 milyon dollar, 2014-cü ildə 5,9 milyon dollar, 2015-ci ildə 4,5 milyon dollar, 2016-cı ildə 1,5 milyon dollar, 2017-ci ildə 5,7 milyon dollar sərf edib.

Qeyd edək ki, cari ilin üç rübündə isə BP və tərəfdaşları Azərbaycanda 3,3 milyon dollarlıq sosial investisiya layihələri həyata keçirib.


Create Account



Log In Your Account